Abşeronda avtomobil yanıb
Gündəm
17:35 22 okt, 2021
Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub

Abşeron rayonunun Məmmədli kəndində “Daewoo” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Qazet.az FHN-in saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.