Bakı 16˚C Mostly cloudy

Abşeronda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb

Hadisə 13:20 05 okt, 2021

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb

Abşeronda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb

Abşeron rayonunda yol qəzası olub.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 4-də saat 8 radələrində rayonun Digah qəsəbəsi ərazisində qəsəbə sakini N.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Elman Xanalıyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.