Bakı 23˚C Sunny

Abşeronda qadın sərxoş halda avtomobili qaçırıb qəza törətdi - FOTO

Hadisə 12:41 23 noy, 2021

Hadisə “Qurtuluş 93” yaşayış kompleksinin həyətyanı sahəsində baş verib

Abşeronda qadın sərxoş halda avtomobili qaçırıb qəza törətdi - <span style="color:red">FOTO</span>

Abşeron rayonunun Masazır qəsəbəsində 4 avtomobil qəzaya uğrayıb.

Qazet.az APA-ya istinadən xəbər verir ki, hadisə “Qurtuluş 93” yaşayış kompleksinin həyətyanı sahəsində baş verib.

Belə ki, Rzayeva Azadə Bəhrəm qızı tanışına məxsus 90-SP-998 dövlət nömrə nişanlı KİA markalı avtomobili binanın həyətindən qaçıraraq yüksək sürətlə məhəllədaxili yolla hərəkət edib. Bu zaman o, qəfil dönmə əməliyyatı edərkən nəqliyyat vasitəsini Süleyman İsayevə məxsus “Opel”ə çırpılıb.

Bununla belə, avtomobili saxlamayan qadın sürücü əks yola çıxaraq Fərrux Kərimova məxsus “Chevrolet” markalı maşınla toqquşub. Sükana nəzarəti itirən qadın KİA-nı Məhəmməd Atayevin sükanı arxasında olduğu “Daewoo” markalı maşına çırpıb.

Hadisə yerinə gələn Abşeron Rayon Polis İdarəsinin əməkdaşları qadının avtomobili hadisə yerində qoyub qaçdığını görüb. Dərhal Post Patrul Xidmətinin əməkdaşları onu təqib edərək saxlayıb. Məlum olub ki, qadın sərxoş haldadır. Bunu Abşeron Rayon Polis İdarəsinin əməkdaşları və hadisə zamanı zərərçəkən sürücülər təsdiqləyib.

Daha sonra qəzanın baş verdiyi əraziyə KİA markalı maşının sahibi gəlib. O, polis əməkdaşlarına bildirib ki, avtomobilini Azadə Rzayeva oğurlayıb.

Qeyd edək ki, Azadə Rzayeva özünü bloqer kimi təqdim edib. A.Rzayeva polis tərəfindən saxlanılıb.