Abşeronda yanacaqdoldurma məntəqəsinə saxta əsginas verən şəxs saxlanılıb
Hadisə
14:26 17 yan, 2022
Hazırda raşdırma aparılır
Abşeronda yanacaqdoldurma məntəqəsinə saxta əsginas verən şəxs saxlanılıb.
Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən yanvarın 16-da Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində yanacaq doldurmaq üçün 100 manatlıq saxta əsginas verən taksi fəaliyyəti ilə məşğul olan “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Q.Zeniyev saxlanılıb.
Araşdırma aparılır.