Abşeronda yeni turizm infrastrukturu yaratmağa 7 milyon manat xərclənəcək
Gündəm
13:29 02 noy, 2021
Qalib şirkətə 6 628,1 min manat ödəniləcək

Dövlət Turizm Agentliyi Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində turizm infrastrukturunun yaradılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Qazet.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Bakı Abadlıq Xidməti” MMC-dir.
Qalib şirkətə 6 628,1 min manat ödəniləcək.