Bakı 21˚C Hazy sunshine

Acarıstan hökuməti: “Saakaşvili Gürcüstan sərhədini keçməyə cürət etməyəcək”

Siyasət 16:37 01 okt, 2021

“Bu cür keyfiyyətsiz və saxta videoçarxlar cəmiyyətimizin bir daha ələ salınmasıdır"

Acarıstan hökuməti: “Saakaşvili Gürcüstan sərhədini keçməyə cürət etməyəcək”

“Mixeil Saakaşvili adi kloun və qorxaqdır. Əminəm ki, o, Gürcüstan sərhədini keçməyə heç vaxt cürət etməyəcək”.

Qazet.az xəbər verir ki, bunu Acarıstanın hökumət başçısı Tornike Rijvadze deyib.

O, keçmiş prezidentin yaydığı videoları saxta adlandırıb: “Bu cür keyfiyyətsiz və saxta videoçarxlar cəmiyyətimizin bir daha ələ salınmasıdır”. 

Qeyd edək ki, Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili bu gün vətənə qayıdıb. O, feysbuk səhifəsində Acarıstanın paytaxtı Batumidə olduğunu əks etdirən videolar paylaşıb.