Bakı 22˚C Sunny

Açıq məkanlarda reklam yerləşdirmək üçün yeni qiymətlər müəyyənləşdi

Biznes 18:19 06 yan, 2022

Açıq məkanlarda yerləşdirilən reklamların yeni qiymətləri müəyyənləşib

Açıq məkanlarda reklam yerləşdirmək üçün yeni qiymətlər müəyyənləşdi

Azərbaycanda açıq məkanlarda yerləşdirilən reklamların yeni qiymətləri müəyyənləşib.

Dövlət Reklam Agentliyindən Qazet.az-a verilən məlumata görə, açıq məkandakı reklam ekosisteminin inkişaf etdirilməsi, həm estetik görünüş, həm də funksionallıq baxımından müasir tələblərə uyğunlaşmaq üçün rəqəmsal reklam daşıyıcılarından istifadənin stimullaşdırılması qərara alınıb.

"İnkişaf etmiş ölkələrdəki kimi elektron monitor, tablo və digər reklam daşıyıcılarından daha çox istifadə olunsun deyə artıq bununla bağlı qanunvericiliyə bəzi dəyişikliklər də edilib. İndi rəqəmsal reklam daşıyıcılarından istifadə edən sahibkarlar onun ölçüsündən asılı olaraq daha az dövlət rüsumu və yayım haqqı ödəyəcəklər. Dəyişiklikdən əvvəl isə hesablama zamanı müasir tələblərə cavab verən bu qurğuların ölçülərinə görə aşağı məbləğ nəzərdə tutulmurdu", - agentlikdən bildirilib.

Qeyd edək ki, açıq məkandakı reklamlarla bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanına və “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilib.

Açıq məkanda elektron daşıyıcılarda reklam yayımına görə haqqın hesablanma qaydası

Açıq məkanda reklam yayımına görə haqq hər ay reklamın 1 kvadratmetri üçün reklam daşıyıcısı üzrə aşağıdakı məbləğdə hesablanır:

Açıq məkanda elektron daşıyıcılarda reklam yerləşdirilməsinə icazə verilməsi üçün tutulan dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlərDövlət rüsumunun məbləği
  
33-1.2. Elektron (rəqəmsal) daşıyıcılar (monitor, ekran, tablo və s.) : 
33-1.2.1. 20 kvadratmetrədək olduqdahər kvadratmetrinə görə 50 manat
33-1.2.2. 50 kvadratmetrədək olduqda1000 manat + 21-50 kvadratmetrlik hissəsinin hər kvadratmetrinə görə 15 manat
33-1.2.3. 100 kvadratmetrədək olduqda1450 manat + 51-100 kvadratmetrlik hissəsinin hər kvadratmetrinə görə 10 manat
33-1.2.4. 100 kvadratmetrdən artıq olduqda1950 manat + 100 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə 5 manat