Bakı 12˚C Cloudy

"İstəyirik ki, azərbaycanlılar müayinə üçün xarici dövlətlərə getməsin"

Eksklüziv 16:25 14 sen, 2022
"İstəyirik ki, azərbaycanlılar müayinə üçün xarici dövlətlərə getməsin"

"Liv Bona Dea Hospital"ında "Nəsilləri yaradan qadın gücünün cəmiyyətdəki yerini önə çıxarmaq" adlı tədbir təşkil edilib.

Qazet.az xəbər verir ki, görüşdən sonra Türkiyəli iş adamları saytımıza açıqlama verib.

Hospitalın qrup koordinatoru Meri İstiroti də tədbirlə bağlı fikirlərini bölüşüb: 

"Hospitalımız Türkiyədə səhiyyə zəncirinin bir hissəsidir. Biz dünya standartlarında istənilən tibbi xidmətləri ən yaxşı göstəricilərlə təqdim etməyə çalışırıq. Türkiyədə gördüyümüz işlərin eynisini Azərbaycanda da həyata keçirmək bizim üçün böyük şərəfdir. Uşaqlıq yaşlarından daha yüksək yaşlara qədər qeydə alınan bütün xroniki xəstəlikləri beynəlxalq standartlarla müalicə edirik. Dəyərli həkimlərimizlə birlikdə istəyirik ki, artıq azərbaycanlılar müayinə üçün xarici dövlətlərə getməsin. Bunun üçün bir çox sosial layihələr həyata keçiririk. Ürək, ağciyər müayinəsi ilə bağlı bu sahələrdə kütləvi işlər həyata keçirmək, maarifləndirmək istəyirik. Yüzlərlə insanın köməyinə çatıb onların sağlamlığında olan problemləri həll etmək istəyirik".

Türkiyəli iş adamı Ferial Gülman tədbir barəsində bunları deyib:

"Bu mənim Bakıya dördüncü gəlişimdir. Burda olmaqdan məmnunam. Təəssüf ki, gəldiyimiz günün ardından ölkədə kədərli xəbərlər aldıq. Şəhid xəbərlərini eşitdik. Bu səbəbdən məyusuq. Bütün millətimizin başı sağ olsun. Qadın sağlamlığı bizim üçün önəmlidir. Bir çox müəssisələrdə çalışsam da, öncəliyimiz həmişə qadın sağlamlığı olub. Hazırda isə bu hospitalda azərbaycanı xanımlara eyni dəstəyi göstərmək üçün gəlmişik. Özəlliklə, sinə, süd vəzisi və ağciyər müayinəsi ilə bağlı böyük dəstək göstərəciyimizə ümid edirəm. Sosial layihələrdə bu özəl hospitalın fərqli mövzuları mənimsəməsinə inanıram. Artıq Azərbaycana şəxsiyyət vəsiqəmizlə gələ bilirik. Buna görə hər iki ölkənin dövlət başçısına dərin minnətdarlığımı bildirirəm. Sanki öz ölkəmdə başqa bir şəhərə gəlmişəm. Burda olmaqdan məmnunuq". 

Türkiyədən olan digər qonaq Sevim Rüyar isə ikitərəfli əlaqələr barədə bunları dedi: 

"İstanbuldan gəlirəm. İlk dəfədir şəhərinizdəyəm. İnsanların istiqanlılığını çox sevdim. Burda olduğum üçün həyəcan hissləri var. Özəlliklə, dünən baş verən hadisələrdə şəhid olan əsgərlərimizin ailələrinə başsağlığı verirəm. Bu xəbəri eşitdiyimiz üçün məyusuq".

 

Həmçinin hospitalın direktoru Taner Özbək, iş adamı Neşe Gönül hospitalda keçirilən layihələrlə bağlı öz fikirlərini bölüşüblər. Sözügedən şəxslər Azərbaycanda baş verən erməni təxribatından məyus olduqlarını bildirib, şəhidlərin ailələrinə başsağlığı veriblər. 

 

"İstəyirik ki, azərbaycanlılar müayinə üçün xarici dövlətlərə getməsin"
"İstəyirik ki, azərbaycanlılar müayinə üçün xarici dövlətlərə getməsin"