Bakı 24˚C Windy

Acun Ilıcalı İngiltərə liqasına göz dikdi: klub almaq istəyir

Maraqlı 16:15 28 okt, 2021

Türkiyəli iş adamı Hall Siti klubuna maraq göstərir

Acun Ilıcalı İngiltərə liqasına göz dikdi: klub almaq istəyir

Türkiyəli iş adamı Acun Ilıcalı İngiltərə klubunun səhmlərini almaq qərarına gəlib.

Qazet.az APA-ya istinadən xəbər verir ki, TV8 kanalının rəhbəri “Hall Siti”yə maraq göstərir.

52 yaşlı biznesmen Çempionşip təmsilçisini alıb, komandanı yenidən Premyer Liqaya yüksəltmək niyyətindədir. O, “narıncı-qaralar”ın səhmlərini 35,5 milyon avroya almağı planlaşdırır.

Qeyd edək ki, İngiltərədə son olaraq “Nyukasl” Səudiyyə Ərəbistanı dövlət investisiya fondu tərəfindən alınıb.