Bakı 24˚C Sunny

Acun Ilıcalıdan tarixi qərar

İdman 16:25 06 yan, 2023
Acun Ilıcalıdan tarixi qərar

Acun Ilıcalının sahibi olduğu İngiltərə futbol klubu "Hall Siti" barədə tarixi bir qərar verib.

Qazet.az "haberler.com"a istinadən xəbər verir ki, bu barədə klubun sahibi Acun Ilıcalı özü açıqlama verib.

O, "İngiltərə tarixində bir ilk" olaraq, azarkeşləri mövsümün qalan hissəsində səfər oyunlarına pulsuz aparılacağını açıqlayıb.

"Azarkeşlərimizin dəstəyi bizim üçün çox önəmli idi və biz də onlara eyni dəstəyi göstərəcəyik". 

Ilıcalının bu qərarı "Hall Siti" azarkeşlərinin sevincinə səbəb olub.