ADB: "Bu il Azərbaycan iqtisadiyyatı 3,7 % böyüyəcək"
Biznes
11:53 06 apr, 2022
Sənədə əsasən, gələn il Azərbaycan iqtisadiyyatı 2,8 % böyüyəcək
Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım tempinin 3,7 % olacağını proqnozlaşdırır.
Qazet.az xəbər verir ki, bu barədə ADB-nin yenilənmiş “Asiyanın İnkişaf Perspektivləri (ADO) 2022” hesabatında bildirilir.
Xatırladaq ki, bu ilin 2 ayında Azərbaycanda istehsal olunmuş ÜDM-in dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% artaraq 19 175,2 milyon manata, o cümlədən qeyri neft-qaz ÜDM-nin dəyəri 10,1% artaraq 9 689,9 milyon manata çatıb. Hesabaat dövründə əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 1 910 manat olub ki, bu da illik müqayisədə 6,3% çoxdur.