Bakı 15˚C Sunny

ADB ilə yeni qanun layihəsi müzakirə edildi

Siyasət 12:00 18 okt, 2022
ADB ilə yeni qanun layihəsi müzakirə edildi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Asiya İnkişaf Bankının (ADB) nümayəndələri ilə “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi, tenderlərin səmərəliliyinin artırılması, satınalma əməliyyatları və digər mövzular barədə müzakirələr aparıb.

Qazet.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurumda keçirilmiş görüşdə M.Abbasbəyli dövlət satınalmaları sahəsində aparılan islahatlar, səmərəlilik və şəffaflığın təmin edilməsi məqsədilə həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində görülən işlərdə ADB-nin rolunu qeyd edib.

Görüşdə qurumlar arasında digər sahələr üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.