Bakı 6˚C Sunny

Adel məşhur jurnalın üz qabığında - Foto

Maraqlı 12:53 08 okt, 2021

Adel yeni imici ilə jurnalların üz qabağını bəzəyib

Adel məşhur jurnalın üz qabığında - Foto

Məşhur müğənni Adelin çəki itirdikdən sonra sosial şəbəkələrdə çox az şəkili görülüb.

Qazet.az xəbər verir ki, ingilis müğənni yeni albumundan başqa heyranlarını “Vogue” jurnalının üz qabığı ilə də təəccübləndirib.

Altı illik fasilədən sonra məşhur "Hello" hitinin ifaçısı yeni albomunu buraxıb. İlk mahnısı "Easy On Me" 15 oktyabrda satışa çıxacaq.

Adel “Vogue” jurnalının üz qabığını eyni anda iki nəşrdə bəzəyib. Moda jurnalı tarixində ilk dəfə Amerika və İngiltərə nəşriyyatı eyni məşhuru üz qabığında yerləşdirib.

İngilis simvolu beş ildən sonra ilk müsahibəsində “Vogue” jurnalına Giles Hattersliyə yeni musiqi, bədən imici, romantizm, boşanma, tənhalıq və “Self-Redemption” albomu haqqında səmimi danışıb.

Adel 40 milyon pərəstişkarı ilə hər iki şəklini paylaşıb.

 

2009 cu ildə 51 -ci İllik “Grammy” mükafatı zamanı Adel tam fərgli görünüşdə.