Adı təcavüz qalmaqalında hallanan aktyor serialdan qovulub - FOTO
Bu barədə serialı çəkən “Universal Television” studiyası və CBS telekanalının birgə bəyanatında deyilir
Amerikalı aktyor Kris Not bir daha “The Equalizer” serialında görünməyəcək.
Qazet.az xəbər verir ki, bu barədə serialı çəkən “Universal Television” studiyası və CBS telekanalının birgə bəyanatında deyilir.
Kris Not “The Equalizer” filmində keçmiş MKİ direktoru və Kuin Latifanın canlandırdığı baş qəhrəmanın dostu rolunu oynayıb.
Aktyorun serialın bundan sonra yalnız bir epizodunda görünəcəyi güman edilir.
Serialın yaradıcıları Notun serialdan çıxarılmasının səbəblərini açıqlamayıblar. Lakin qərar bir neçə qadının aktyoru cinsi təcavüzdə ittiham etməsindən dərhal sonra verilib.
Bundan əvvəl zorakılıq ittihamları fonunda onun maraqlarını təmsil edən “A3 Artists” agentliyi Notla əməkdaşlıqdan imtina edib. İdman avadanlığı istehsalçısı “Peloton” isə “Sex and the City” filminin davamı olan “And Just Like That...” filminin buraxılışından sonra yayımlanan və aktyorun yer aldığı reklamı yığışdırıb.
Mənbə: The New York Times