Adidas Kanye Vest ilə əməkdaşlığı dayandırır - SƏBƏB
Biznes
21:14 25 okt, 2022
Baş ofisi Almaniyada yerləşən idman malları brendi Adidas dünyaca məşhur reper, prodüser və modelyer Kanye Vestin "antisemit" sözlərindən sonra əməkdaşlığı dayandırdığını açıqlayıb.
Adidas-dan verilən açıqlamada şirkətin “antisemitizmə və hər hansı nifrət nitqinə” dözə bilməyəcəyi bildirilib.
Qazet.az xəbər verir ki, Kanye Vest yekun qiymətləndirmələrinin qəbuledilməz olduğunu vurğulayaraq, Adidas-ın "müxtəliflik və inklüzivlik" dəyərlərini pozur.
Adidas daxilində inkişaf etdirilən Yeezy kolleksiyası Adidas-ın ümumi satışlarının 8 faizini təşkil edir. Sözügedən qərarın Adidasın builki mənfəətinə 250 milyon avro mənfi təsir edəcəyi bildirilir.
Qeyd edək ki, Vest Paris Moda Həftəsinə "Ağların Həyatları Önəmlidir" yazılmış paltarda qatılıb.