Adnan Oktara 8658 il həbs cəzası verildi - VİDEO
Gündəm
17:09 16 noy, 2022

Türkiyədə məhkəmə bir sıra cinayətlərdə ittiham edilərək saxlanılan təriqət lideri Adnan Oktarla bağlı yeni hökmünü açıqlayıb.
Qazet.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Adnan Oktara şəxsi cinayətlərinə görə 891, digər cinayətlərə görə isə ümumilikdə 8658 il həbs cəzası verilib.
Qeyd edək ki, 2018-ci ilin yulun 11-i səhər saatlarında İstanbul daxil olmaqla, eyni anda 4 ünvanda keçirilən xüsusi əməliyyatla Adnan Oktarla yanaşı 235 müridi də saxlanılıb.