ADY-də kadr dəyişikliyi
Cəmiyyət
14:35 10 yan, 2023
"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus "Dəmiryolservis" MMC-nin direktoru Əliəşrəf Lütvəlibəyov vəzifəsindən azad edilib.
Qazet.az xəbər verir ki, şirkətə rəhbərlik Ədalət Bağırova həvalə olunub.
Xatırladaq ki, "ADY Servis" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 41,115 milyon manatdır.