Bakı 9˚C Intermittent clouds

AEBA ilə birgə layihə həyata keçiriləcək

Cəmiyyət 09:18 19 okt, 2022
AEBA ilə birgə layihə həyata keçiriləcək

Nizami Gəncəvi Beyəlxalq Mərkəzi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) birgə layihələr həyata keçirəcək.

Bu barədə Qazet.az-a Mərkəzdən məlumat verilib.

Bildirilib ki, bu il Ümumdünya Səhiyyə Sammiti çərçivəsində Mərkəzin üzvləri və AEBA-nın Baş Direktorun müavini və Nüvə Elmi və Tədbiqləri departamentinin sədri xanım Nayat Moxtar arasında görüş olub.

Toplantının əvvəlində xanim Najat atom nüvə silahları və onların yaratdığı fəsadlar mövzusuna toxunub. Dünyada artan nüvə silahının istifadə təhlükəsi. Enerji çatışmamazlıqının qaldırılması üçün bir sıra ölkələrin atom elektrik stansiyalarının bərpasına çalışması, yarana bilinəcək fəsadların qarşısının alınması üçün atılacaq addımlar müzakirə edilmişdir.

Görüş zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında birgə əməkdaşlıq qurulması və birgə Atom üzrə Beynəlxalq Agentliyin rəsmiləri ilə Mərkəzin üzvlərinin birgə toplantılarının keçirilməsi və X Global Bakı Forumunda durumun təmsil olunarak birgə panel müzakirələrinin təşkili razılaşdırılmışdır.

Görüşün sonunda isə Mərkəzin üzvləri Xorvatiyanın sabiq rezidenti Kolinda Qrabar Kitaroviç və Bosniya və Herseqovinanın sabiq Baş naziri tərəfindən Nizami Gəncəvinin 880-ci illiyinə həsr olunan “Qələmin sehri”- Nizami Gəncəvinin “Xəmsə”sindən seçmə miniatürlər kitabını agentliyə təqdim edilib.