Bakı 6˚C Windy

Aeroport yolunda maşın aşdı

Hadisə 19:01 06 yan, 2023
Aeroport yolunda maşın aşdı

Bakıda “Toyato Prado” markalı avtomobil aşıb.

Qazet.az xəbər verir ki, hadisə Hava limanı - Zığ şosesində qeydə alınıb.

“Toyota-Prado” markalı avtomobil aşıb, avtomobilə ciddi ziyan dəyib. Sürücü isə yüngül xəsarət alıb.

Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəlib.

Araşdırma aparılır.