Aeroportda Bakı sakinindən narkotik götürülüb
Gündəm
17:44 04 okt, 2021
R.Bayramlıdan 42 ədəd tramadol və 5 ədəd metadon həbləri aşkar edilərək götürülüb

Bakı şəhər sakinində narkotik aşkarlanıb.
Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Bakı şəhər sakini R.Bayramlıdan 42 ədəd tramadol və 5 ədəd metadon həbləri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.