Bakı 20˚C Sunny

AFFA İntizam Komitəsinin qərarları açıqlandı

Gündəm 18:55 30 sen, 2021

Azarkeşlər meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur

AFFA İntizam Komitəsinin qərarları açıqlandı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qazet.az Peşəkat Futbol Liqasının rəsmi saytına istinadən qərarları təqdim edir.

Premyer Liqanın V turunun “Keşlə” – “Qarabağ” oyununda matç bitdikdən dərhal sonra azarkeşlər meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.

“Keşlə” klubunun baş məşqçisi Sənan Qurbanov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 800 manat cərimə olunur.

“Səbail” – “Zirə” oyununda matçın 45-ci dəqiqəsində azarkeş meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.

“Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

“Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri pirotexnik vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunur.

“Sumqayıt” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

I Divizionun III turunun “Kəpəz” – “Qarabağ-2” oyununda təcili tibbi yardım nümayəndəsi oyuna gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunur.

“Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Neftçi-2” – “Qaradağ Lökbatan” oyununda matçın 53-cü dəqiqəsində “Neftçi-2” komandasının 70 nömrəli futbolçusu Asim Əlizadə “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 160 manat cərimə olunur.

“Turan Tovuz” – “Sabah-2” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Zirə-2” – MOİK oyununda matçın 81-ci dəqiqəsində “Zirə-2” komandasının 35 nömrəli futbolçusu Eldost Qiyasbəyli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır klub 320 manat cərimə olunur.

MOİK klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur.