AFFA İntizam Komitəsinin qərarları açıqlandı
AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
Qazet.az PFL-in saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının 14-cü turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib.
Misli Premyer Liqasının 14-cü turunun “Şamaxı” – “Sumqayıt” oyununda qonaq komandasının futbolçusu Vüsal İsgəndərli oyundan sonra öz texniki zonasında olan oturacaqları qəsdən sındırdığına görə 1 oyun cəzalandırılıb, klub 2400 manat cərimə edilib. Stadiona dəymiş ziyan "Sumqayıt" futbol klubu tərəfindən tam ödəniləcək.
14-cü turun “Neftçi” – “Qəbələ” oyununda qonaq komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 1600 manat cərimə edilib.
14-cü turun “Kəpəz” – “Turan Tovuz” matçı bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimə edilib.
“Turan Tovuz”un 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
14-cü turun “Sabah” – “Qarabağ” matçı bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə edilib.
“Qarabağ” azarkeşləri tərəfindən 54 ədəd oturacağın sıradan çıxarılmasına görə dəymiş ziyan Ağdam klubu tərəfindən stadiona tam ödəniləcək.