AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Qəbələ"nin şikayətini təmin edib
Gündəm
20:15 07 okt, 2022
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Qəbələ"nin apellyasiya şikayətini təmin edib.
Qazet.az AFFA-nın saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin sentyabrın 23-də "Qəbələ"nin futbolçusu Rövlan Muradov və klub barəsində verdiyi qərar ləğv olunub.
AFFA İntizam Komitəsinin sentyabrın 23-dəki tarixli qərarına əsasən futbolçu barəsində verilən 2 oyunluq kənarlaşdırma cəzası və klub barəsində verilən 1600 (bir min altı yüz) AZN məbləğində cərimə cəzası ləğv edilib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 7-ci turunda “Qəbələ” – “Sumqayıt” oyununun (1:0) 84-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Rövlan Muradov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanmış, klub 1600 manat cərimə olunmuşdu.