Bakı 3˚C Showers

AFFA "Sabah"ı çəzalandırdı

İdman 16:10 15 dek, 2022
AFFA "Sabah"ı çəzalandırdı

AFFA İntizam Komitəsi "Sabah"ın qapıçısı Nicat Mehbalıyevi cəzalandırıb.

Qazet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna 22 yaşlı qolkiperin "Səbail"ə 2:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final matçının 12-ci dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etməsi səbəb olub.

Birbaşa qırmızı vərəqə ilə meydandan qovulan gənc çərçivə qoruyucusu 1 oyunluq cəza alıb, klubunu isə 200 manat məbləğində ziyana salıb.

Bundan başqa, "Sabah" həmin görüşdə 4 futbolçusu sarı vərəqə aldığı üçün əlavə 800 manat cərəmələnib.

"Turan Tovuz" isə Gəncədə "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəldiyi 1/4 final oyununda analoji hala görə eyni məbləğdə cərimə ödəyəcək.