Ağ Ev: ABŞ iqtisadiyyatı rekord inflyasiyadan sonra dirçəlməyə başlayır
Gündəm
05:37 17 okt, 2022
Qiymətlərin artması ilə qızışan ABŞ iqtisadiyyatı ölkədə rekord inflyasiya səviyyəsinə görə tədricən soyumağa başlayır və vəziyyətin normallaşmasına işarələr var.
Qazet.az xəbər verir ki, bu barədə Ağ Evin İqtisadi Məsləhətçilər Şurasının sədri Sesiliya Rouz bildirib.
Onun sözlərinə görə, ABŞ iqtisadi cəhətdən digər ölkələrlə müqayisədə daha yaxşı vəziyyətdədir.
O, belə əlamətlərə misal olaraq ölkədə işsizlik və mənzil qiymətləri ilə bağlı vəziyyətin bir qədər yaxşılaşdığını göstərib. Eyni zamanda Rouz əlavə edib ki, Vaşinqtonun gördüyü bir çox tədbirlər yalnız gələn ildən iqtisadiyyatın vəziyyətinə təsir göstərməyə başlayacaq.