Ağ ev Baydenin ikinci müddətə namizəd olmaq planlarını təsdiqləyib
Cəmiyyət
04:09 05 okt, 2022
![Ağ ev Baydenin ikinci müddətə namizəd olmaq planlarını təsdiqləyib](https://qazet.az/resized/fit900x500/center/pages/109710/c7c8ef39-0ab7-3b9c-8158-97c789a2dc1a-850.jpg)
ABŞ Prezidenti Cozef Bayden 2024-cü ildə prezident seçkilərində iştirak edəcək.
Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı bildirib.
C.Bayden prezident seçkilərində iştirak etmək niyyətini amerikalı fəal, afroamerikalı vətəndaş hüquqları müdafiəçisi, keşiş El Şarptona açıqlayıb. Prezidentin bu bəyanatı təkbətək söhbətində səsləndirilib.
“Prezident özü 2024-cü ildə namizədliyini irəli sürmək niyyətində olduğunu qeyd edib”, - Jan-Pyer bildirib.
Mətbuat katibi icra orqanları əməkdaşlarının siyasi fəaliyyətlə məşğul olmasını qadağan edən Hetç Aktı səbəbindən 2024-cü il seçkiləri haqqında çox danışa bilməyəcəyini vurğulayıb.