Bakı 18˚C Mostly cloudy

Ağ Ev: Rusiya Ukrayna ilə danışıqlara hazır olduğuna dair heç bir əlamət göstərmir

Gündəm 20:42 09 okt, 2022
Ağ Ev: Rusiya Ukrayna ilə danışıqlara hazır olduğuna dair heç bir əlamət göstərmir

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Rusiya danışıqlara hazır olduğuna dair heç bir əlamət göstərmir. 

Qazet.az xəbər verir ki, bu barədə o,  ABC telekanalına məlumat verib.

O, əlavə edib ki, ABŞ münaqişənin tezliklə dayandırılmasını istəyir.

“Biz hamımız istəyirik ki, bu müharibə bitsin. Bu, çox uzun müddətdir davam edir. Hər iki tərəf oturub razılaşa bilməlidir, bundan sülh və diplomatik yolla çıxış yolu tapmalıdır”.

O vurğulayıb ki, Rusiya danışıqların başlanmasına mane olur və buna heç bir hazırlıq əlaməti göstərmir.