Bakı 15˚C Sunny

Ağ Evin keçmiş müşaviri: “Dünya artıq Üçüncü Dünya müharibəsi vəziyyətindədir”

Xəbərlər 09:48 02 okt, 2022
Ağ Evin keçmiş müşaviri: “Dünya artıq Üçüncü Dünya müharibəsi vəziyyətindədir”

"Qərb artıq Rusiya ilə Üçüncü Dünya müharibəsində iştirak edir, amma bunu hiss etmir”.

Qazet.az xəbər verir ki, bu barədə Ağ Evin Rusiya üzrə keçmiş müşaviri Fiona Hill “The New Yorker” qəzetinə müsahibəsində bildirib.

Onun fikrincə, Vaşinqton və Qərbin Rusiya ilə münaqişədən qaçaraq Ukraynanı dəstəkləməkdə davam edəcəyi ehtimalı ilə bağlı indiki bir çox şərhlərdə özünü aldatma elementi var.

O qeyd edib ki, etiraflardan asılı olmayaraq dünya artıq Üçüncü Dünya müharibəsi vəziyyətindədir.