Ağ evin qarşısında bayram yolkası işıqlandırıldı
Gündəm
12:06 01 dek, 2022
ABŞ-da dekabrın 25-də qeyd olunacaq Milad bayramına hazırlıqlar davam edir.
Qazet.az xəbər verir ki, ABŞ Prezidenti Co Baydenin və ailəsinin iştirakı ilə Ağ evin qarşısında ənənəvi milli yolkanın işıqlandırılması mərasimi keçirilib. Ağ evin önündəki parkında əkilən ağac və onun yanında ABŞ-ın 50 ştatını, 5 ərazisini və paytaxt Vaşinqtonu təmsil edən 56 kiçik ağac işıqlandırılıb.
Hər il olduğu kimi, Prezident işıqların yandırılması üçün geri sayım edib.
ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltdən bəri ənənəvi olaraq hər il işıqlandırılan yolka dekabrın 25-dək ictimaiyyətə açıq olacaq.