Bakı 14˚C Intermittent clouds

Ağacları kəsən şəxsə qarşı protokol tərtib edildi

Gündəm 17:45 13 okt, 2022
Ağacları kəsən şəxsə qarşı protokol tərtib edildi

Astara rayonu, Təngərüd meşəbəyliyinin 6 saylı dolayında ağacları kəsən şəxslə bağlı protokol tərtib olunub.

Bu barədə Qazet.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, Astara rayonu, Təngərüd meşəbəyliyinin 6 saylı dolayında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət yerində araşdırılıb: "Əraziyə keçirilən baxış zamanı ərazidə vələs və palıd ağacının kəsildiyi, bir neçə ağacın isə zədələndiyi müəyyən edilib. Araşdırma zamanı ağacların Astara rayon sakini Nemət Nəzərov tərəfindən kəsildiyi və zədələndiyi məlum olub. Faktla bağlı akt, protokol tərtib olunub və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb".