Bakı 28˚C Intermittent clouds

Ağcabədi sakini həmkəndlisini bıçaqlayıb

Gündəm 12:15 04 noy, 2021

Hadisə noyabrın 2-də rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb

Ağcabədi sakini həmkəndlisini bıçaqlayıb

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi olub.

Qazet.az əldə etdiyi məlumata görə, hadisə noyabrın 2-də rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, Təzəkənd kənd sakini, 1996-cı il təvəllüdlü Dəyanət Hüseynov aralarında yaranan şəxsi münasibətlər zəmnində baş verən mübahisə zamanı həmkəndlisi, 1987-ci il təvəllüdlü Elşad Quliyevi qarın nahiyyəsindən bıçaqlayıb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Daha sonra D.Hüseynov şübhəli şəxs qismində saxlanılıb.