Bakı 23˚C Mostly cloudy

Ağcabədi sakinindən narkotik vasitələr götürülüb

Hadisə 13:20 02 noy, 2021

Ondan satış məqsədi ilə əldə etdiyi heroin və marixuana, eləcə də elektron tərəzi aşkar edilərək götürülb

Ağcabədi sakinindən narkotik vasitələr götürülüb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.

Daxili İşlər Nazilriyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qazet.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini İlqar Bağırov saxlanılıb. Ondan satış məqsədi ilə əldə etdiyi heroin və marixuana, eləcə də elektron tərəzi aşkar edilərək götürülb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır.