Bakı -1˚C Cloudy

Ağcabədi sakinlərindən 6 kq narkotik götürülüb

Hadisə 12:43 24 sen, 2021

 Şübhəli bilinən şəxslər saxlanılıb

Ağcabədi sakinlərindən 6 kq narkotik götürülüb

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Qazet.az-a verilən məlumata görə, daxil olan məlumatlar əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Pərioğulları kəndində yaşayanlar Vüqar Xankişiyev və Firuz Həsənov saxlanılıb.

V.Xankişiyevin kənd ərazisindəki otlaq sahəsinə baxış keçirilən zaman orada gizlətdiyi 6 kiloqramdan artlq və F.Həsənovun evinin həyətyanı sahəsindən isə 145 qram marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.