Bakı 6˚C Sunny

Ağcabədidə suyun verilməsində məhdudiyyət

Cəmiyyət 16:45 20 sen, 2022
Ağcabədidə suyun verilməsində məhdudiyyət

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Ağcəbədi şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Bu barədə Qazet.az-a Azərsu ASC-dən bildirilib.

Məlumata görə, hazırda qurumun qəza briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra şəhərə suyun verilişi bərpa olunacaq.