Bakı 14˚C Windy

Ağcabədidə yol qəzası

Cəmiyyət 13:06 11 yan, 2023
Ağcabədidə yol qəzası

Ağcabədi rayonunda yol qəzası zamanı bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Bu barədə Qazet.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Belə ki, bu gün Ağcabədi rayonu ərazisində rayon sakinləri Ayxan Quliyev və İsa Cəfərovun idarə etdikləri müvafiq olaraq "Mercedes" və "Lada" markalı avtomobillər toqquşublar.

Nəticədə "Lada"nın sərnişini Rəşadət Abbasov ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.