Bakı 20˚C Sunny

Ağdamda İmarət stadionunun yeri dəyişdirilib

İdman 11:54 09 dek, 2021

Bu barədə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib

Ağdamda İmarət stadionunun yeri dəyişdirilib

“Futbol azarkeşlərinə demək istəyirəm ki, biz İmarət stadionunun tikintisini nəzərdə tuturuq. Düzdür əvvəlki yerdə deyil, yəni Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində nəzərdə tuturuq”.

Qazet.az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov rəsmi mətbuata müsahibəsində bildirib.

O, qeyd edib ki, hazırda burada layihələndirmə işləri gedir: “Bu idman məhəlləsində tək futbol stadionu deyil, müxtəlif idman yarışları üçün qapalı-açıq idman zalları planlaşdırırıq. İdman təmayüllü orta məktəbin, bundan əlavə, Azərbaycanın digər bölgələrindən bura gələcək uşaqlar üçün idman yay düşərgəsinin layihələndirilməsi nəzərdə tutulur".