Ağdamda minaya düşən traktor sürücüsünün kimliyi məlum olub - YENİLƏNİB
Faktla bağlı araşdırma aparılır

Dekabrın 16-da saat 13:00 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisindəki Xaçınçay çayının ətrafında yol-tikinti işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı, Oğuz rayon sakini Əhməd İdrisov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb.
Daxili işlər nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Qazet.az-a verilən məlumata görə, nəticədə xəsarət alan olmayıb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
***
Ağdamın işğaldan azad edilən Baş Qərvənd kəndi ərazisində traktor tank əleyhinə minaya düşüb.
Qazet.az xəbər verir ki, bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Qeyd olunub ki, nəticədə texnikaya ciddi ziyan dəyib: "İlkin məlumata görə, sürücü xəsarət almayıb".
Faktla bağlı araşdırma aparılır.