Agentlik 28 milyon manatlıq dərman alır
Cəmiyyət
16:10 08 sen, 2022
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrinin satın alınması ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.
Qazet.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Avromed Company" QSC, "Zeytun Pharmaceuticals" və "Referans Pharmaceuticals" MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 8,572 milyon manat, 3,399 milyon manat və 15,863 milyon manat, ümumilikdə isə 27,834 milyon manat ödəniləcək.