Agentlik məhkəməyə müraciət edir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ötən gün gecə saatlarında Bakının Baksol yolunda 99JK337 dövlət nömrə nişanlı maye beton daşıyan yük maşınından asfalt-beton örtüyə beton dağılması ilə əlaqədar məhkəməyə və yol polisinə müraciət edəcək.
Bu barədə Qazet.az-a qurumdan bildirilib.
Məlumata görə, hadisə nəticəsində yol infrastrukturuna dəymiş ziyan ilə bağlı sənədlər toplanılaraq sürücünün inzibati qaydada məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə məhkəməyə, bundan başqa inzibati qaydada cərimə olunması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi idarəsinə müraciət olunacaq.
İnzibati Xətalar Məcəlləsinin 352-ci maddəsinə görə yolların hərəkət hissəsinə yanacaq-sürtkü materialları, kimyəvi maddələr, bitum və beton axıdılmasına, habelə daş, çınqıl, qum və ot tökülməsinə, yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılmasına görə fiziki şəxslər 30-50 manat, vəzifəli şəxslər 150-200 manat, hüquqi şəxslər min 500-2 000 manat cərimə edilir.