Bakı 9˚C Dreary

Agentlik rəhbəri yeni iş yerlərinin açılacağını elan etdi - RƏQƏMLƏR

Gündəm 13:15 10 dek, 2021

“Sənaye zonaları üzrə indiyə kimi 89 sahibkarlıq subyektinin rezidentlik statusu verilib və bunlardan 55-i fəaliyyətə başlayıb”. 

Agentlik rəhbəri yeni iş yerlərinin açılacağını elan etdi - RƏQƏMLƏR

“Sənaye zonaları üzrə indiyə kimi 89 sahibkarlıq subyektinin rezidentlik statusu verilib və bunlardan 55-i fəaliyyətə başlayıb”. 

Qazet.az xəbər verir ki, bunu keçirdiyi brifinqdə İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifələrini icra edən Elşad Nuriyev deyib.

O bildirib ki, sahibkarlar tərəfindən bu günədək sənaye zonalarında 6,2 milyard manatdan çox investisiya yatırılıb və 9 500-dək iş yeri yaradılıb.

Elşad Nuriyevin sözlərinə görə, növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarında əlavə 0,4 milyard manat investisiya yatırılması və 2 minə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. 

O, bildirib ki, sənaye zonaları üzrə indiyədək ümumilikdə 5 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 27 faizi ixrac edilib. 

“Sumqayıt sənaye parkına rezidentlər tərəfindən 3 milyard dollar həcmində investisiya yatırılıb, 5 700-dək insan işlə təmin edilib.

Növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 312 milyon manat investisiyanın qoyulması, 1 300 iş yerinin yaradılması nəzərdə tutulur.

Ümumilikdə Sumqayıt Kimya Sənaye parkının rezidentləri tərəfindən bu günədək 3,9 milyard manatlıq satış həyata keçirilib, bunun da 1,3 milyard manatlıq hissəsi, təqribən 33 faizi ixracın payına düşür”, - deyə o əlavə edib. 

Elşad Nuriyev qeyd edib ki, 2021- ci ilin 9 ayında 892 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 13,4 faiz, qeyri-neft sənayesinin məhsullarının ixracında 27,5 faiz - 541 milyon manat olub.