Agentlikdə yeni məlumat bazası yaradılacaq
Biznes
16:55 26 sen, 2022
Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyində (AERA) sənədlərin vahid elektron məlumat bazası yaradılacaq.
Qazet.az bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, müvafiq proqram təminatının əldə olunması üçün artıq işlərə başlanılıb.
Xatırladaq ki, AERA ölkə prezidentinin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb, publik hüquqi şəxsdir. Agentliyinin Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Mingəçevir, Şəki, Tovuz, Xaçmaz, Kürdəmir və İmişlidə filialları fəaliyyət göstərir.
AERA Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) assosiativ üzvüdür.