Ağız qoxusunu yox edən möcüzəvi bitki qarışımları
Ağız qoxusu burun, ağız, tənəffüs yolu və mədədəki sağlamlıq problemləri nəticəsində ortaya çıxır
İnsana və ətrafındakılara olduqca narahatlıq verən ağız qoxusu burun, ağız, tənəffüs yolu və mədədəki sağlamlıq problemləri nəticəsində ortaya çıxır.
Bunlar da xroniki infeksiya və ya lokal pozğunluqlarla bağlı yaranır. Məsələn, çürük dişlər, diş əti infeksiyaları, xroniki badamcıq iltihabı, xroniki bronxit, ağciyər xəstəlikləri, xroniki qastrit və sinus xəstəlikləri ağız qoxusuna yol açır. Geniş yayılmış inanclardan biri olan qəbizliyin ağız qoxusuna səbəb olması fikri isə yanlışdır. Qəbizlik nəfəsin qoxmasına səbəb deyil. Səbəbsiz yerə ağzından qoxu gələnlərə antiseptik diş məcunları və qarqara tövsiyə edən mütəxəssislər bəzi bitkilərin effektiv təsirlərini də gözardı etməmək lazım gəldiyini qeyd edir. Belə ki, bir çox insanın qarşılaşdığı problem olan, sosial həyatda xeyli çətinliklər yaradan ağız qoxusuna qarşı bəzi bitkilər və qida qarışımları möcüzəvi təsir göstərir. Bu bitki və qarışımlardan bəzilərini təqdim edirik...
Yovşan:
Bir fincan qaynar suya yarım çay qaşığı yovşan otu tökülür, soyuduqdan sonra süzülərək səhərlər qarqara edilir və tüpürülür.
Zəncirotu:
Həvəngdəstədə döyülərək toz halına gətirilən bir ovuc zəncirotu kökü bir litr suyun içinə tökülüb qaynadılır. Ardınca süzülüb gün ərzində fasilələrlə, cəmi miqdarı 3 çay fincanını keçməyəcək şəkildə içilir.
Ənginar:
Bir litr suya bir ovuc doğranmış ənginar qatılıb qaynadılır. Süzülüb qarqara edilir.
Bağayarpağı:
Bir litr suyun içinə xırda doğranmış bir yemək qaşığı bağayarpağı, eyni miqdarda biyan kökü və kazayağı bitkisinin yarpağı qatılaraq qaynadılır. Sonra süzülür və gün ərzində fasilələrlə udumlanaraq cəmi 3 çay fincanı qədər içilir.
Turp:
Bir litr suyun içinə bir yemək qaşığı rəndələnmiş turp, eyni miqdarda acı portağal qabığı və bir ovuc sünbülçiçəyi qatılaraq qaynadılır. Süzülərək qarqara edilir.
Badam-bal: Həvəngdəstədə döyülən badam bal ilə qarışdırılaraq acqarına bir çay qaşığı yeyilir.
Tarhana:
Bir çay qaşığı tarhana ağızda uzun müddət dolandırılaraq udulur.
Kərəviz:
Bir litr suya kərəviz yarpağı qatılıb qaynadılır. Bir müddət saxlandıqdan sonra süzülüb gün ərzində qarqara edilir.