Bakı 9˚C Intermittent clouds

Ağstafada 3 otaqlı ev yandı

Hadisə 22:59 02 iyl, 2022

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub

Ağstafada 3 otaqlı ev yandı

Ağstafa rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Qazet.az-a verilən məlumata görə, rayonun Poylu qəsəbəsində ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 80 m² sahədə və dam örtüyü 110 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.