Bakı 19˚C Mostly sunny

Aİ də Rusiyaya xəbərdarlıq etdi

Gündəm 02:11 14 dek, 2021

“Rusiyanın hibrid müharibəsi dünyada bir çox yerdə təhdid təşkil etməkdə və qeyri-sabitliyə yol açmaqdadır"

Aİ də Rusiyaya xəbərdarlıq etdi

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Rusiyaya xəbərdarlıq ediblər.

“Qazet.az” xəbər verir ki, bunu Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell 2021-ci ilin son iclasından sonra mətbuata açıqlamasında deyib.

“Rusiyanın hibrid müharibəsi dünyada bir çox yerdə təhdid təşkil etməkdə və qeyri-sabitliyə yol açmaqdadır. Rusiya Ukrayna sərhədində hərbi istehkam qurur. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik.

Aİ nazirlərinin hamısı bu gün bu mövzuda həmfikir idilər. Ukraynaya qarşı hər hansı bir təcavüzkarlığın Rusiya üçün siyasi nəticələri və yüksək iqtisadi cavabı olacaq. Bu məsələdə qlobal mənada Trans-Atlantik tərəfdaşlarımız və eyni fikirdə olan ölkələrlə koordinasiyalı şəkildə hərəkət edəcəyik”, - o qeyd edib.

O əlavə edib ki, məsələ dekabrın 16-da keçiriləcək Aİ Liderlər Zirvəsində də müzakirə olunacaq.