Bakı 11˚C Sunny

Aİ: "İrandakı dinc etirazçılara qarşı zorakılıq qəbuledilməzdir"

Gündəm 23:15 25 sen, 2022
Aİ: "İrandakı dinc etirazçılara qarşı zorakılıq qəbuledilməzdir"

Avropa İttifaqı və onun üzv dövlətləri üçün İran hakimiyyətinin Məhsa Əmininin ölümünə etiraz edən qeyri-zorakı nümayişçilərə qarşı geniş və qeyri-mütənasib güc tətbiqi əsassız və qəbuledilməzdir.

Qazet.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrelin bəyanatında bildirilib.

“Son bir həftə ərzində Məhsa Əmininin əxlaq polisi tərəfindən sui-istifadə edilməsindən və onun həbsdə ölməsindən sonra İranın hər yerində qadın və kişilər toplaşmaq və etiraz etmək üçün fundamental hüquqlarından istifadə ediblər. Xəbərlər göstərir ki, dəfələrlə təmkinli olmaq çağırışlarına baxmayaraq, İran təhlükəsizlik və polis qüvvələrinin nümayişlərə reaksiyası qeyri-mütənasib olub və çoxlu sayda insan itkisi və yaralananlarla nəticələnib. İranın müvafiq səlahiyyətli orqanlarının internetə çıxışını ciddi şəkildə məhdudlaşdırmaq və mesajlaşma platformalarını bloklamaq qərarı ifadə azadlığını açıq şəkildə pozduğu üçün narahatlığa daha bir səbəbdir.

Avropa İttifaqı və onun üzv dövlətləri üçün zorakı olmayan etirazlara qarşı gücdən geniş və qeyri-mütənasib istifadə əsassız və qəbuledilməzdir. Hər yerdə olduğu kimi, İranda da insanların dinc etiraz etmək hüququ var. Bu hüquq bütün hallarda təmin edilməlidir.

Aİ və ona üzv ölkələr İran hakimiyyətini ölkənin qoşulduğu Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda təsbit olunmuş prinsiplərə ciddi şəkildə riayət etməyə çağırır. Buna görə də biz İrandan etiraz aksiyalarına qarşı zorakılıqla basqıları dərhal dayandırmasını və internetə çıxışı, eləcə də məlumatın sərbəst axınını təmin etməsini gözləyirik. Bundan əlavə, İrandan ölənlərin və həbs olunanların sayını dəqiqləşdirməsini, zorakılıq etməyən bütün etirazçıları azad etməyi və bütün məhbuslara lazımi hüquqi prosedurla təmin etməsini gözləyirik. Üstəlik, Məhsa Əmininin qətli lazımi qaydada araşdırılmalı və onun ölümündə sübuta yetirilən hər kəs məsuliyyətə cəlb edilməlidir. Bu baxımdan, İran Prezidentinin bəyanatını nəzərə alırıq.

Avropa İttifaqı Xarici Əlaqələr Şurasının növbəti iclasından əvvəl Məhsa Əmininin öldürülməsi və İran təhlükəsizlik qüvvələrinin nümayişlərə reaksiyası ilə bağlı bütün variantları nəzərdən keçirməyə davam edəcək”, - J.Borrelin bəyanatında qeyd olunub.