Bakı 10˚C Mostly cloudy

Aİ Nigeriyadan qaz tədarükünü artırmağı planlaşdırır

Biznes 10:00 24 iyl, 2022

Bu gün Avropanın qaz idxalında Nigeriyanın payı 14 faiz təşkil edir

Aİ Nigeriyadan qaz tədarükünü artırmağı planlaşdırır

Avropa Komissiyasının (AK) Enerji Departamentinin baş direktorunun müavini Metyu Bolduin Aİ-nin Nigeriyadan mayeləşdirilmiş təbii qaz idxalını artırmaq niyyətini açıqlayıb.

Qazet.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bolduinin sözlərinə görə, Ukraynada müharibə başlayandan sonra Avropa ölkələri qaz almaqda çətinliklər yaşayır. Nigeriyada keçirilən danışıqlarda o, Aİ-nin Rusiyadan yanacaq tədarükünün tamamilə dayandırılmasından ehtiyatlanmasından da danışıb. Bolduin izah edib ki, qərara səbəb məhz budur.

Bu gün Avropanın qaz idxalında Nigeriyanın payı 14 faiz təşkil edir.

Bolduin qaz təchizatında Rusiyanı əvəz edən Nigeriyanın böyük potensialından danışıb.