Aİ ölkələrinin energetika nazirləri BU TARİXDƏ toplanacaq
Sentyabrın 9-da Avropa İttifaqına (Aİ) üzv ölkələrin energetika nazirləri növbədənkənar toplantı keçirərək təbii qaz və elektrik enerjisinin qiymətlərinin sürətlə artırılmasını müzakirə edəcəklər.
Qazet.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqına sədrlik edən Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela bildirib.
Elektrik bazarının 30 ildir avropalılara xidmət etdiyini və enerji qiymətlərini aşağı saldığını deyən Sikela indi enerji bazarının lazım olduğu kimi işləmədiyini qəbullanmaq zamanı olduğunu bildirib. O qeyd edib ki, bazar donub və buna görə də bunu qaydasına salmaq lazımdır.
Sikela qiymət artımının Ukraynadakı müharibə, Rusiyadan gələn qaz axınının azalması, Fransadakı atom elektrik stansiyalarının təxminən yarısının texniki nasazlıqlar səbəbindən nəzarətə götürülməsi kimi müxtəlif səbəblərdən qaynaqlandığını bildirib.