Aİ ölkələrinin XİN başçıları Polşa-Belarus sərhədindəki vəziyyəti müzakirə edəcəklər
Gündəm
11:24 15 noy, 2021
Bu barədə Cozep Borrell tvitterdəki səhifəsində xəbər verib
Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Polşa və Belarus arasında miqrasiya böhranı ilə bağlı müzakirə aparacaqlar.
Qazet.az-ın məlumatına görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell tvitterdəki səhifəsində xəbər verib.
Borrell bildirib ki, o, Polşa və Litvanın xarici işlər nazirləri - Zbiqnev Rau və Qabrielyus Landsberqislə Polşa-Belarus sərhədindəki vəziyyətlə bağlı danışıqlar aparıb.
Aİ diplomatiyasının rəhbəri əlavə edib ki, Polşa-Belarus sərhədindəki vəziyyətlə bağlı gələcək addımlar bu gün Xarici İşlər Nazirləri Şurasında müzakirə olunacaq.