Bakı -11˚C Rain and snow

Aİ Pekinə koronavirusla mübarizə aparmaq üçün pulsuz vaksin təklif edir

Cəmiyyət 07:35 03 yan, 2023
Aİ Pekinə koronavirusla mübarizə aparmaq üçün pulsuz vaksin təklif edir

Avropa İttifaqı (Aİ) Pekinə COVID-19 alovlanmasının qarşısını almağa kömək etmək üçün Çinə pulsuz koronavirus peyvəndi təklif edir.

Qazet.az xəbər verir ki, bu barədə “Financial Times” Avropa rəsmilərinə istinadən məlumat yayıb.

“Səhiyyə üzrə komissar Stella Kiriakides, həmrəylik və dəstək, o cümlədən ictimai səhiyyədə ekspert yardımı, həmçinin Aİ peyvəndlərini bağışlamaq üçün çinli həmkarlarına müraciət edib”, - mənbə nəşrə bildirib.

O, Çin tərəfinin hələlik bu təklifə cavab vermədiyini vurğulayıb.