Bakı 4˚C Dreary

Aİ Rusiyanı taxıl sövdələşməsindən çıxmaq qərarına yenidən baxmağa çağırır

Xəbərlər 11:13 30 okt, 2022
Aİ Rusiyanı taxıl sövdələşməsindən çıxmaq qərarına yenidən baxmağa çağırır

Avropa İttifaqı Rusiyanı Ukrayna taxılının ixracı üzrə sövdələşmədə iştirakını dayandırmaq qərarına yenidən baxmağa çağırır.

Qazet.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel tviterdə bildirib.

Qeyd edək ki, Rusiya oktyabrın 29-da Sevastopolda Qara dəniz donanmasının, eləcə də taxıl dəhlizinin təhlükəsizliyini təmin edən mülki gəmilərə qarşı terror aktından sonra taxıl sazişində iştirakını dayandırıb. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, taxıl sazişinin icrası qeyri-müəyyən müddətə dayandırılır. Rusiya taxıl sövdələşməsində iştirakını dayandırdıqdan sonra Türkiyənin İstanbul şəhərindəki Birgə Koordinasiya Mərkəzində - Xarici İşlər Nazirliyindəki nümayəndələrinə tapşırıqlar verib.